Venesuelada prezident seçkiləri keçiriləcək

Venesuelada prezident seçkiləri keçiriləcək Bu gün Venesuelada növbəti prezident seçkiləri keçiriləcək.
Digər ölkələr
28 İyul , 2024 03:19
Venesuelada prezident seçkiləri keçiriləcək

Bu gün Venesuelada növbəti prezident seçkiləri keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı postu uğrunda 10 siyasətçi mübarizə aparır.

Venesuelanın hakim Vahid Sosialist Partiyası hazırkı prezident Nikolas Maduronu namizədliyini irəli sürüb. O, iqtidar partyası da daxil olmaqla bir sıra siyasi təşkilatlar və hərəkatları əhatə edən "Simon Bolivar adına böyük demokratik qütb" tərəfindən dəstəklənib. Milli Seçki Şurası Maduronu bu birliyin namizədi kimi qeydiyyata alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti liberal müxalifətdəndir.

Maduronun əsas rəqibi "Unitar platforma" koalisiyasına daxil olan ifrat sağçı partiyaların namizədi Edmundo Qonzalesdir. .

Son rəy sorğularının əksəriyyətinə görə, vətəndaşlar Maduroya üstünlük verirlər.

Son xəbərlər

Orphus sistemi