Venesuela-Kolumbiya sərhədində müxalifətçilərlə hərbçilər arasında toqquşma olub

Venesuela-Kolumbiya sərhədində müxalifətçilərlə hərbçilər arasında toqquşma olub Bakı. 26 fevral. REPORT.AZ/ Venesuelanın Kolumbiya ilə sərhədində müxalifətçilərlə hərbi qulluqçular arasında toqquşma olub.
Digər ölkələr
26 Fevral , 2019 01:17
Venesuela-Kolumbiya sərhədində müxalifətçilərlə hərbçilər arasında toqquşma olub

Bakı. 26 fevral. REPORT.AZ/ Venesuelanın Kolumbiya ilə sərhədində müxalifətçilərlə hərbi qulluqçular arasında toqquşma olub.

“Report”un məlumatına görə, bu barədə” Contexto” Tucuman nəşri bildirib.

Məlumata görə, etirazçılar hərbçilərin kordonuna daşlar   yandırıcı qarışığı olan butılkalar atıblar.

Venesuela Milli Qvardiyasının əsgərləri Simon Bolivarın adını daşıyan körpüdə kordon qurublar.

Bir gün əvvəl Venesuelanın və Kolumbiya ilə sərhədində humanitar yardımların olduğu yük maşınları yandırılıb. İğtişaşlar zamanı 4 nəfər həlak olub.

Venesuelanın Bolivar ştatında fevralın 23-də baş vermiş iğtişaş zamanı isə 25 nəfərdən çox insan ölüb.

Son xəbərlər

Orphus sistemi