Venesuelada həbsxanada iğtişaş zamanı 23 məhbus ölüb

Digər ölkələr
  • 25 may, 2019
  • 03:22
Venesuelada həbsxanada iğtişaş zamanı 23 məhbus ölüb

Venesuelanın şimal-qərbində yerləşən Akariqua şəhərindəki həbsxanalardan birində iğtişaş baş verib.

"Report" "El Nacional"a istinadən xəbər verir ki, atışma nəticəsində azı 23 dustaq ölüb və 14 polis əməkdaşı yaralanıb.

Vəziyyətin nizamlanması üçün həbsxanaya əlavə Milli Polis qüvvələri cəlb olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti