Venesuelada etirazlar zamanı 29 nəfər öldürülüb

Venesuelada etirazlar zamanı 29 nəfər öldürülüb Bakı. 27 yanvar. REPORT.AZ/ Venesuelada bir neçə gündür davam edən etiraz aksiyaları zamanı 29 nəfər həyatını itirib.
Digər ölkələr
27 Yanvar , 2019 00:23
Venesuelada etirazlar zamanı 29 nəfər öldürülüb

Bakı. 27 yanvar. REPORT.AZ/ Venesuelada bir neçə gündür davam edən etiraz aksiyaları zamanı 29 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Venesuela sosial münaqişələr rəsədxanası" Qeyri-Hökumət Təşkilatı məlumat yayıb.

"Etirazlar zamanı 29 nəfər öldürülüb. Bu rəqəmlərə şəxsiyyəti təsdiq edilənlər daxildir", - deyə təşkilatın "Twitter" səhifəsində qeyd olunub.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Son xəbərlər

Orphus sistemi