Venesuelada etirazlar zamanı 19 nəfər xəsarət alıb

Venesuelada etirazlar zamanı 19 nəfər xəsarət alıb Çərşənbə axşamı Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə qanun keşikçiləri arasında baş vermiş toqquşmalarda azı 19 nəfər xəsarət alıb.
Digər ölkələr
30 Aprel , 2019 23:33
Venesuelada etirazlar zamanı 19 nəfər xəsarət alıb

Çərşənbə axşamı Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə qanun keşikçiləri arasında baş vermiş toqquşmalarda azı 19 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Karakasın Çakao bələdiyyəsinin səhiyyə idarəsinə istinadən NTN24 telekanalı məlumat yayıb.

Yaralıların vəziyyəti barədə məlumat yoxdur.

Karakas və ölkənin digər şəhərlərində bir qrup hərbçinin müxalifət lideri Xuan Quaydonun tərəfinə keçməsindən sonra başlayan anti-hökumət çıxışları davam edir.

Son xəbərlər

Orphus sistemi