Venesuelada etiraz aksiyaları zamanı vandalizmə görə 30 nəfər saxlanılıb

Venesuelada etiraz aksiyaları zamanı vandalizmə görə 30 nəfər saxlanılıb Onlar mağazaları qarət etməkdə, polislə toqquşmaya girməkdə ittiham olunurlar
Digər ölkələr
16 Aprel , 2017 07:52
Venesuelada etiraz aksiyaları zamanı vandalizmə görə 30 nəfər saxlanılıb

Bakı. 16 aprel. REPORT.AZ/ Venesuela hökuməti Miranda ştatının paytaxtı Los-Tekes şəhərində keçirilən etiraz aksiyaları zamanı qanun pozuntularına yol verən 30 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü “El Nacional” qəzeti yazıb.

"Saxlanılan şəxslər infrastruktur obyektlərinin dağıdılması ilə məşğul olub, hərəkəti əngəlləyib və ştat paytaxtının küçələrini bağlayıblar. Şənbə günü təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüblər”, - deyə nəşr şəhərin yerləşdiyi Quaykapuro bələdiyyəsinin rəhbəri Fransisko Qarsesanın sözlərini sitat gətirir.

Bildirilir ki, iğtişaş iştirakçıları bir neçə mağazanı qarət edib və dəfələrlə polislə toqquşmaya giriblər.

Son xəbərlər

Orphus sistemi