Venesuelada etiraz aksiyaları zamanı azı 16 nəfər ölüb - VİDEO
Digər ölkələr
- 24 yanvar, 2019
- 01:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 yanvar. REPORT.AZ/ Çərşənbə günü Venesuelada hökumət əleyhinə keçirilən nümayişlər zamanı baş vermiş toqquşmalar nəticəsində azı 16 nəfər həyatını itirib, 70-dən çox insan saxlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "El Pitazo" portalı məlumat yayıb.
Onun məlumatına görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar ölüm halları Amasonas, Barinas, Bolivar, Portuqesa və Taçira ştatlarında, həmçinin ölkə paytaxtı Karakasda qeydə alınıb.
Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları ölkənin bir çox bölgələrində keçirilir.
"El Nacional" qəzetinin məlumatına görə, Karabobo ştatının Valensiya şəhərində bir qrup polis əməkdaşı etiraz aksiyasına qoşulub.
Venesuelada etiraz aksiyaları zamanı azı 16 nəfər ölüb - VİDEO
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media