Dövlət rəsmilərinin hadisə ilə bağlı verdiyi açıqlamaya görə,həftənin ilk günlərindən etibarən aclıq aksiyasına başlayan bir qrup məhkum dərmanları təmiz spirtli içki ilə qəbul ediblər. Nəticədə onlardan 35 nəfəri ölüb, müalicə olunan 100 məhbusdan 20-i isə komadadır.
Bəzi hüquq müdafiəçiləri də hökumətin məsələyə biganə yanaşmasına sərt reaksiya verərək, hadisənin araşdırılmasını tələb ediblər.
Qeyd edək ki, 2008-ci ildən indiyədək Venesuela həbsxanalarındakı məhkumların sayı iki dəfə artıb. Ötən il David Viloria həbsxanasında eyni səbəbdən 58 məhkum ölüb. Ölkənin müvafiq qurumlarının apardığı araşdırmalara görə, keçən il Venesueladakı həbsxanalarda ümumilikdə 506 məhkum həyatını itirib.