Bakı. 23 oktyabr. REPORT.AZ/ Ötən həftə Venesuelada 51 məhbus həbsxanalardan qaçıb
Bu barədə "Report" "Nacional"a istinadən xəbər verir.
Bildirilir ki, ən iri sayda qaçış hadisəsi Nueva-Esparta ştatındakı ilkin saxlama mərkəzində olub. Orada 40 məhbus mərkəzdən qaçıb. Onlar qaçmazdan əvvəl iki kamera yoldaşlarını öldürüblər.
Bundan əlavə, 10 məhkum Sulia ştatındakı həbsxanadan qaçıb. Eləcə də daha 1 məhbus Lara ştatında işlə bağlı ifadə verərkən qaçmağa müvəffəq olub. Hazırda bütün məhbuslar axtarılır.
Qeyd edək ki, dünən İstanbulda məhbus bıçaqla ətrafdakılara hücum edib. Nəticədə doqquz nəfər yaralanıb.