Venesuela və Qətər arasında birbaşa uçuşlara başlanılacaq
Digər ölkələr
- 17 iyun, 2022
- 03:25
Oktyabr ayından etibarən Venesuelanın paytaxtı Karakasla Qətərin paytaxtı Doha arasında birbaşa uçuşlar başlayacaq.
“Report”un “Reuters”ə istinadən məlumatına görə, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.
Maduronun Qətərə turu iki gün davam edib.
“Biz Qətərli iş adamlarının neft, qaz, neft-kimya, turizm və qida istehsalı sahələrində bütün investisiya planını nəzərdən keçirirdik”, - Maduro Bakıda olarkən Venesuela dövlət televiziyasının verilişində Qətərdəki görüşlər barədə deyib.
Dövlət başçısının Qətərə səfəri Türkiyə, Əlcəzair, İran, Küveytə səfərləri əhatə edən beynəlxalq turun bir hissəsidir.
Venesuela hökuməti Əlcəzair və İran arasında da birbaşa uçuşlar elan edib.
Son xəbərlər
07:33
SEPAH: ABŞ-nin Bəhreyn və Küveytdəki bazalarına zərbələr endirilib
Region07:10
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Daxili siyasət07:04
ABŞ-də DÇ-2026 zamanı 600-dən çox dron tutulub
Digər ölkələr06:40
Foto
Özbəkistanda beynəlxalq forumda Allahşükür Paşazadənin kitabı təqdim olunub
Din06:07
ABŞ-də onlarla H-1B viza saxtakarlığı ilə bağlı istintaq başlayıb
Digər ölkələr05:47
Tramp tammiqyaslı ABŞ - İran münaqişəsinin yenidən başlayacağını istisna etməyib
Digər ölkələr05:38
Sorğu: Fransada respondentlərin əksəriyyəti Le Peni növbəti prezident kimi görür
Digər ölkələr05:21
ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxarmaq prosesinə başlayıb
Digər ölkələr04:54