Venesuela Quaidonu tanıyan ölkələrlə münasibətlərə yenidən baxacaq

Venesuela Quaidonu tanıyan ölkələrlə münasibətlərə yenidən baxacaq Bakı. 4 fevral. REPORT.AZ/ Venesuela hökuməti ölkə müxalifətinin lideri Xuan Quaidonu ölkənin müvəqqəti prezidenti kimi tanıyan ölkələrlə münasibətləri təftiş edəcək.
Digər ölkələr
4 Fevral , 2019 20:00
Venesuela Quaidonu tanıyan ölkələrlə münasibətlərə yenidən baxacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Venesuela hökuməti ölkə müxalifətinin lideri Xuan Quaidonu ölkənin müvəqqəti prezidenti kimi tanıyan ölkələrlə münasibətləri təftiş edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Venesuela hökuməti hazırkı andan başlayaraq sözügedən ölkələrlə ikitərəfli münasibətlərini əhatəli şəkildə dəyişdirəcək”, - deyə bəyanatda göstərilib.

Xatıladaq ki, ölkə müxalifətinin lideri Xuan Quaido yanvarın 23-də keçirilən mitinqdə özünü Venesuelanın müvəqqəti dövlət başçısı elan edib.

Son xəbərlər

Orphus sistemi