Yuxarı
    Bağlamaq

    Venesuela prezidenti referendum keçirəcəyini bəyan edib

    Rəqibləri bildirir ki, o, hakimiyyəti əlində cəmləmək istəyir

    Bakı. 2 iyun. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro mövcud parlamenti əvəz edəcək Konstitusiya Assambleyası yaratmaq məqsədi ilə referendum keçirəcəyini bəyan edib.

    “Report” BBC-yə istinadən xəbər verir ki, Maduronun ideyası əsasında yaradılacaq yeni qanunverici orqan ölkə konstitusiyasında dəyişiklik etmək səlahiyyətinə malik olacaq.

    İMövcud parlamentdə prezident Maduronun istefasını tələb edən müxalifət üstünlük təşkil edir.

    Rəqibləri bildirir ki, o, hakimiyyəti əlində cəmləmək istəyir. Onlar buna görə də Maduronun islahatına qarşı çıxırlar.

    Məlumata görə, aprelin 1-dən ölkə prezidentinin bu ideyasına qarşı etiraz aksiyaları keçirilir. İndiyədək aksiyaçılarla poli arasında baş verən toqquşmalar nəticəsində 60 nəfər ölüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi