Venesuela polisi 3,7 ton kokain müsadirə edib

Venesuela polisi 3,7 ton kokain müsadirə edib 10 narkotik alverçisi saxlanılıb
Digər ölkələr
26 May , 2016 08:25
Venesuela polisi 3,7 ton kokain müsadirə edib

Bakı. 26 may. REPORT.AZ/ Venesuela polisi 3,7 tonluq kokain müsadirə edib. 

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Məlumata görə, bununla bağlı məlumat Taçira və Varqas şəhərlərində keçirilib. Polisin aşkarladığı külli miqdarda narkotik maddənin Meksikanın "Los Setas" narkokartelinə məxsus olması üzə çıxıb və 10 narkotik alverçisi saxlanılıb.

Ölkə polisinin məlumatına görə, ilin əvvəlindən bu günə kimi ölkədə 24,4 ton narkotik maddə müsadirə edilib. Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin ticarətilə məşğul olan 450 nəfər saxlanılıb.  

Son xəbərlər

Orphus sistemi