Venesuela parlamenti fövqəladə iqtisadi vəziyyət haqqında fərmanı təsdiqləyib

Venesuela parlamenti fövqəladə iqtisadi vəziyyət haqqında fərmanı təsdiqləyib Venesuela Milli Assambleyası (parlamenti) bütün ölkədə iqtisadi fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı yekdilliklə təsdiqləyib.
Digər ölkələr
11 aprel 2025 05:12
Venesuela parlamenti fövqəladə iqtisadi vəziyyət haqqında fərmanı təsdiqləyib

Venesuela Milli Assambleyası (parlamenti) bütün ölkədə iqtisadi fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı yekdilliklə təsdiqləyib.

"Report"un xəbərinə görə, parlamentin plenar iclasının yayımını "Venezolana de Televisión" telekanalı həyata keçirib.

Venesuelanın vitse-prezidenti Delsi Rodriqes deyib ki, fərman ölkənin bütün istehsal sahələrini ABŞ prezidenti Donald Tramp administrasiyasının başlatdığı tarif müharibəsindən hərtərəfli qorumaq məqsədi daşıyır.

O qeyd edib ki, dövlət başçısına əlavə səlahiyyətlər verən fərman “milli istehsalın qorunması üçün qabaqlayıcı tədbirlər” görməyə imkan verəcək. Onun sözlərinə görə, hazırda ölkədə neft və qaz hasilatı sabitdir:

“ABŞ-nin dünyanın ağası olduğunu iddia etdiyi siyasət uğursuzluğa məhkumdur, əsas uduzan Amerika xalqı olacaq”.

Son xəbərlər

Orphus sistemi