Venesuela ordusu Xuan Quaidonun prezidentliyini tanımır

Venesuela ordusu Xuan Quaidonun prezidentliyini tanımır Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuela ordusu ölkə parlamentinin spikeri Xuan Quaidonu prezident kimi tanımır.
Digər ölkələr
24 Yanvar , 2019 04:53
Venesuela ordusu Xuan Quaidonun prezidentliyini tanımır

Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuela ordusu ölkə parlamentinin spikeri Xuan Quaidonu prezident kimi tanımır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Vladimir Padrino Lopes deyib.

"Biz, Vətən əsgərləri, qaranlıq maraqların kölgəsində bizə sırınan və qanundan kənar özünü elan edilən prezidenti qəbul etmirik. Milli bolivarian silahlı qüvvələri konstitusiyanı müdafiə edir və milli suverenliyi təmin edir", - deyə o, "Twitter"də yazıb.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Son xəbərlər

Orphus sistemi