Venesuela müxalifəti ölkədə tətillərin olacağını elan edib

Venesuela müxalifəti ölkədə tətillərin olacağını elan edib Etiraz aksiyaları çərşənbə və cümə günləri keçiriləcək
Digər ölkələr
23 İyul , 2017 05:07
Venesuela müxalifəti ölkədə tətillərin olacağını elan edib

Bakı. 23 iyul. REPORT.AZ/ Venesuelada müxalifət gələn həftə iki günlük tətil keçiriləcəyini elan edib.

"Report" xəbər verir ki, bu barədə Reuters agentliyi "Demokratik Birlik Bloku" alyansının nümayəndəsinə istinadən məlumat yayıb.

Etiraz aksiyaları çərşənbə və cümə günləri keçiriləcək.

Etirazçılar tələb edirlər ki, Nikolya Maduro xalq referendumunun nəticələrini tanısın və Konstitusiya Assambleyasına seçkiləri ləğv etsin. 

Son xəbərlər

Orphus sistemi