Venesuela hökuməti müxalifətlə danışıqları davam etdirəcək

Venesuela hökuməti müxalifətlə danışıqları davam etdirəcək Venesuela hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalara baxmayaraq müxalifətlə danışıqları dayandırmaq niyyətində deyil.
Digər ölkələr
7 Avqust , 2019 09:56
Venesuela hökuməti müxalifətlə danışıqları davam etdirəcək

Venesuela hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalara baxmayaraq müxalifətlə danışıqları dayandırmaq niyyətində deyil.

“Report” “Union Radio”ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Xorge Arreasa mətbuat konfransında bildirib.

“Ölkədə sülhə və sabitliyə nail olmaq üçün müxalifətlə siyasi razılığa yol açacaq konkret təkliflərlə əyləşdiyimiz və daimi keçirmək istədiyimiz danışıqlar masasını tərk etməyə bizi heç kəs və heç nə məcbur edə bilməz”, – nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün müxalifət lideri Xuan Quaydo hökumətlə təmasları davam etdirəcəklərini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi