Yuxarı

Venesuela həbsxanasında partlayış baş verib: 1 ölü, 22 yaralı

Türmədə dustaqlardan birinə məxsus qumbara partlayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Çərşənbə günü Venesuelanın mərkəzi hissəsində yerləşən Quariko ştatının həbsxanasında qumbaranın partlaması nəticəsində 1 nəfər ölüb, ən azı 22 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.

Bildirilir ki, "Los-Pinos" islah müəssisəsi dustaqlarından biri ona məxsus olan döyüş sursatını təsadüfən işə salıb.

Bütün yaralılara tibbi yardım göstərilib.

"El Universal" qəzeti hadisənin Franklin ləqəbli kriminal avtoritetin ad gününə hazırlıq zamanı qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi