Venesuela BRİKS-ə qoşulmaq ərəfəsindədir və bloku öz enerji və mineral ehtiyatları ilə təmin edəcək.
"Report"un məlumatına görə, bunu respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqes Karakasda keçirilən beynəlxalq iqtisadi seminarda “Venezolana de Television” telekanalının efirində çıxışı zamanı deyib.
“Yeni dünyada Venesuela öz resursları ilə BRİKS blokuna qoşulmaq ərəfəsindədir”, - Rodriqes deyib. O, dünyanın ən böyük enerji ehtiyatlarının Venesuelada olduğunu vurğulayıb. Vitse-prezident qeyd edib ki, gündə 3 milyon barel neft hasil edilməklə, ölkənin ehtiyatları təxminən üç əsr davam edəcək və dünyanın dördüncü ən böyük təbii qaz yataqları sertifikatlaşdırma mərhələsindədir.
Bundan əlavə, ölkədə dəmir filizi, kömür, qızıl və almaz yataqları var.
"Bu, yeni beynəlxalq nizamın qurulmasının dönməz saatı gəldi və biz Venesuelanın yeni geosiyasətə necə uyğunlaşacağını görmək istəyirik", - Rodriqes əlavə edib.