Venesuela borclarına görə BMT-də səsvermə hüququndan məhrum edilib

Venesuela borclarına görə BMT-də səsvermə hüququndan məhrum edilib Bakı. 13 fevral. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının (BMT) normalarına uyğun olaraq, Venesuela borcları səbəbindən BMT Baş Assambleyası çərçivəsində səsvermə hüququndan müvəqqəti olaraq məhrum edilib.
Digər ölkələr
13 Fevral , 2018 09:50
Venesuela borclarına görə BMT-də səsvermə hüququndan məhrum edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının (BMT) normalarına uyğun olaraq, Venesuela borcları səbəbindən BMT Baş Assambleyası çərçivəsində səsvermə hüququndan müvəqqəti olaraq məhrum edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayının sonuna olan borcluların siyahısında Venesuela ilə yanaşı, Mərkəzi Afrika Respublikası, Dominika, Ekvatorial Qvineya, Qrenada, Liviya, Surinam və Yəmən də yer alıb.

Qeyd edək ki, Venesuela daha əvvəl - 2017-ci ildə də BMT-də səsvermə hüququndan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi