Venesuela ABŞ-dan diplomatlarının sayını azaltmasını tələb edib

Venesuela ABŞ-dan diplomatlarının sayını azaltmasını tələb edib Venesuela yalnız 17 ABŞ diplomatının qalmasına icazə verir
Digər ölkələr
3 Mart , 2015 03:41

Bakı. 3 mart. REPORT.AZ/ Venesuela hökuməti ölkədəki ABŞ səfirliyindən diplomatik heyətin ixtisar edilməsini tələb edib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, Venesuelanın Xarici İşlər Nazirliyi amerikalı diplomatların sayının azaldılması üçün Vaşinqtona iki həftə vaxt verib. Nazirlik bildirib ki, Vaşinqton özü Venesueladakı 100 diplomatdan kimlərin geri çağıracağına qərar verməlidir.

XİN-in bəyanatında deyilir ki, Venesuela yalnız 17 ABŞ diplomatının qalmasına icazə verir. Venesuelanın Vaşinqtondakı səfirliyində məhz bu qədər diplomatın işlədiyi vurğulanır.

Son xəbərlər

Orphus sistemi