Venesiyada daşqınlardan sonra məktəblər və muzeylər işini bərpa edib

Venesiyada daşqınlardan sonra məktəblər və muzeylər işini bərpa edib Venesiyada daha əvvəl son yarım əsrdə qeydə alınan rekord səviyyəli daşqınlara görə bağlanmış məktəblər və muzeylər bu gün yenidən açılır.
Digər ölkələr
18 Noyabr , 2019 14:36
Venesiyada daşqınlardan sonra məktəblər və muzeylər işini bərpa edib

Venesiyada daha əvvəl son yarım əsrdə qeydə alınan rekord səviyyəli daşqınlara görə bağlanmış məktəblər və muzeylər bu gün yenidən açılır.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli KİV Venesiyada əsas nəqliyyat vasitəsi olan vaporettoların da fəaliyyətini bərpa etdiyini yazıb.

Şəhərdə suyun səviyyəsi dünən 150 sm səviyyəsinə çatdıqdan sonra azalmağa başlayıb. Amma meteoroloqlar sabahadək vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasını gözləməyə dəymədəyini bildirirlər.

Qeyd edək ki, Venesiyada son yarım əsrdə rekord göstəricidə "yüksək su" səviyyəsi ilə əlaqədar kritik vəziyyət yaranmışdı. Belə ki, noyabrın 13-də daşqınlarda suyun səviyyəsi 190 sm olmuşdu. Bu, şəhərin 80%-nin su altında qalmasına gətirib çıxarmışdı. Daşqından sonra turistlərin 35%-dən çoxu Venesiyaya getməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi