Vəkillər Trampın impiçmentlə iş üzrə komandasını tərk ediblər

Vəkillər Trampın impiçmentlə iş üzrə komandasını tərk ediblər ABŞ-ın sabiq prezidenti Donald Tramp Birləşmiş Ştatlar Konqresinin Senatında özünün impiçmenti üzrə prosedur çərçivəsində müdafiənin strategiyasını hazırlayan beş vəkillə əməkdaşlığı dayandırıb.
Digər ölkələr
31 Yanvar , 2021 07:35
Vəkillər Trampın impiçmentlə iş üzrə komandasını tərk ediblər
Donald Tramp

ABŞ-ın sabiq prezidenti Donald Tramp Birləşmiş Ştatlar Konqresinin Senatında özünün impiçmenti üzrə prosedur çərçivəsində müdafiə strategiyasını hazırlayan beş vəkillə əməkdaşlığı dayandırıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN teleşirkəti bildirib.

Qeyd edilir ki, keçmiş prezidentin hüquq komandasına daha əvvəl qoşulmuş Coni Qesser, Qreq Harris və Coşua Hovard onu tərk ediblər. Teleşirkətin məlumatına görə, fikir ayrılıqlarına Trampın müdafiə strategiyasını cəmləmə cəhdi səbəb ola bilər.

“Reuters” agentliyi isə bildirib ki, Amerikanın sabiq liderinin hüquqşünasları qrupuna başçılıq etmiş Butç Bauers və Debora Barbe də daha Trampın vəkillər komandasına daxil deyillər. Əməkdaşlığın dayandırılması haqqında qərar ikitərəfli olub.

Ötən bazar ertəsi ABŞ Konqresinin Demokratlar Partiyası tərəfindən nəzarət edilən Nümayəndələr Palatasının nümayəndələri Senata Trampın impiçmenti haqqında qətnaməni təqdim ediblər. Sənəd yanvarın 13-də bəyənilib. Tramp ölkə tarixində iki dəfə impiçment elan edilən birinci prezident olub. Qətnamədə ittihamın cəmi bir maddəsi var - qiyama təhrikçilik.

Son xəbərlər

Orphus sistemi