Vaşinqton iğtişaşlarında saxlanılan 2 rusdilli şəxs sərbəst buraxıldı

Vaşinqton iğtişaşlarında saxlanılan 2 rusdilli şəxs sərbəst buraxıldı Vaşinqtonda komendant saatını pozmaqda təqsirli bilinən rusdilli Yevgeniya Malimon adlı qadın polis tərəfindən saxlanılıb.
Digər ölkələr
462
9 Yanvar , 2021 13:42
Vaşinqton iğtişaşlarında saxlanılan 2 rusdilli şəxs sərbəst buraxıldı

Yanvarın 6-da iğtişaşlar zamanı Vaşinqtonda Kapitoli ərazisinə girdikləri üçün saxlanılan Moldova əsilli rusdilli Kristina Malimon və anası 54 yaşlı Yeveniya Malimon sərbəst buraxılıblar.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, polis əməkdaşları onlardan Kapitolini tərk etmələrini tələb etsə də, ana-qız əmrə tabe olmadıqları üçün saxlanılıblar.

Sərbəst buraxılmanın şərtlərinə uyğun olaraq, onların Vaşinqtona daxil olması qadağan edilib. Ana və qızından bununla bağlı iltizam alınıb.

2021-ci ilin iyun ayına məhkəmə araşdırması təyin edilib.

Rusiyanın Vaşinqtondakı səfirliyi isə bildirib ki, iğtişaşlar zamanı rusiyalının saxlanılması, tutulması və həbs edilməsi faktı hələ aşkar edilməyib.

12:17

Vaşinqtonda komendant saatını pozmaqda təqsirli bilinən rusdilli Yevgeniya Malimon adlı qadın polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Y.Malimon saxlanılan zaman rus dili tərcüməçisi istəyib. Məlumata görə, həmçinin yanvarın 6-da Kapitoliyə hücum zamanı 28 yaşlı Kristina Malimon adlı qadın saxlanılıb. Kristinanın Oreqon Gənc Respublikaçılar hərəkatının lideri olduğu məlum olub.

Bildirilib ki, onlar polis əməkdaşlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Kapitolidə Konqresin binasına daxil olmağa səy ediblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi