Vaşinqtonda yeni iğtişaşlarla bağlı xəbərdarlıq edilib

Vaşinqtonda yeni iğtişaşlarla bağlı xəbərdarlıq edilib ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) və Nyu-Yorkun Polis İdarəsi Kapitoli polisini ABŞ prezidenti Donald Trampın tərəfdarlarının yeni iğtişaş törədə biləcəkləri barədə məlumatlandırıb.
Digər ölkələr
11 Yanvar , 2021 11:16
Vaşinqtonda yeni iğtişaşlarla bağlı xəbərdarlıq edilib
0 : 00
0 : 00

ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) və Nyu-Yorkun Polis İdarəsi Kapitoli polisini ((Konqresin qorunmasına cavabdeh olan federal hüquq-mühafizə orqanı) ABŞ prezidenti Donald Trampın tərəfdarlarının yeni iğtişaş törədə biləcəkləri barədə məlumatlandırıb.

“Report” NBC telekanalına istinadən xəbər verir ki, FTB əməkdaşları hazırda istintaq altında olan və ekstremist saydıqları ondan çox adamın evinə gedərək onlara paytaxt Vaşinqtona getməməyi tapşırıblar.

Qeyd edək ki, sosial şəbəkədə “Milyonluq qurtuluşçunun marşı” devizi altında aksiyaya çağırış edilib.

Son xəbərlər

Orphus sistemi