Yuxarı

Vaşinqtonda Türk festivalı artıq ildə iki dəfə keçiriləcək

Növbəti festivalın bu il oktyabr ayının əvvəli Vaşinqtonda keçirilməsi nəzərdə tutulur

Bakı. 9 İyun. REPORT.AZ/ ABŞ paytaxtı Vaşinqtonun ən məşhur festivallarından birinə çevrilən Türk Festivalının artıq ildə iki dəfə keçirilməsinə qərar verilib. Bu ilin ilk tədbiri Vaşinqton yaxınlığında Virciniya ştatının Taysons ticarət mərkəzində keçirilib.

"Report" Amerikanın Səsinə istinadın xəbər verir ki, iki gün davam edən festival Vaşinqton ətrafında yaşayan minlərlə sakinini özünə cəlb edib. Tamaşaçılar üçün hazırlanmış konsert proqramında Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan və başqa türkdilli xalqların rəqsləri ifa edilib. Rəqslərin hazırlanması ilə məşğul olan Kardelen qrupunun rəhbəri Dəmət Cabbar deyir ki, rəqs qrupu könüllülərdən ibarətdir. Məşq zamanı könüllülər bildikləri rəqsləri bir-birlərinə öyrədiblər.

Musiqi və rəqslərlə yanaşı festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri və güşələr hazırlanıb.

Festivalın təşkilatçılarından Vaşinqtonun Amerika Türkiyə Assosiyasiyasının prezidenti Gizəm Salcigil White Amerikanın Səsinə bildirib ki, artıq iki ildir Türk festivalı Vaşinqtonla yanaşı Virciniya ştatında da keçirilir.

Türk festivalı Türkiyənin zəngin mədəniyyətinin Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Balkanların mədəni ənənələri ilə bir bağlılığını nümayiş etdirir.

Növbəti festivalın bu il oktyabr ayının əvvəli Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi