Yuxarı
    Bağlamaq

    ABŞ Ankarada Rusiya səfirinin qətlində iştirakına dair ittihamları rədd edib

    Kirbi: Bu ittihamlar tamamilə yalandır və həqiqətlə heç bir əlaqəsi yoxdur

    Bakı. 21 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatların Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə heç bir əlaqəsi yoxdur.

    "Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi gündəlik brifinqdə deyib.

    "Dövlət katibi (Türkiyənin. - Report) xarici işlər naziri ilə söhbət zamanı Gülənin ABŞ-da olması səbəbindən Amerikanın bu çirkin qətlə yardım etməsi və onda iştirakına dair Türkiyədə səsləndirilən bəyanatlardan narahatçılığını ifadə edib…Bu ittihamlar tamamilə yalandır və həqiqətlə heç bir əlaqəsi yoxdur", - deyə Kirbi bildirib.

    Kirbi qeyd edib ki, Rusiya səfirinin qətlinin motivləri barədə rəsmi təhqiqat başa çatanadək möhtəkirlik etmək olmaz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi