Varşavada azərbaycanlı gənclərə hücum olub
Digər ölkələr
- 03 aprel, 2021
- 06:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşada azərbaycanlı tələbələrə soyuq silahla hücum edilib.
"Report"un Avropa bürosunun məlumatına görə, hadisə martın 26-da paytaxt Varşavada baş verib.
Belə ki, ölkədə təhsil alan 6 azərbaycanlı gənc naməlum şəxslərin hücumuna məruz qalıb.
Məlumata görə, şəhərin Bemova rayonu ərazisində bir qrup şəxslə azərbaycanlı tələbələr arasında mübahisə yaranıb. Onlar azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədərək hücum ediblər. Bu zaman əlbəyaxa dava düşüb.
Qarşı tərəf "beşbarmaq"la azərbaycanlı gənclərə yüngül xəsarətlər yetirib. Daha sonra həmin şəxslər hadisə yerindən qaçıblar.
Son xəbərlər
16:29
Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
İnfrastruktur
16:28
Almaniyada ultrasağçıların uğuru – IV Reyxin dirilməsi cəhdləri
Analitika
16:27
Ümumtəhsil məktəblərində vahid geyim forması: hüquqi əsaslar və beynəlxalq təcrübə
Analitika
16:25
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları açıqlanıb
Biznes
16:22
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Futbol
16:21
Kamboca Azərbaycan investorlarına 12 ilə qədər müddətə vergi güzəştləri təklif edib
Biznes
16:16
Foto
Azərbaycan Çində keçirilən üzümçülük və şərabçılıq konqresində iştirak edir
ASK
16:16
Azərbaycanda qadın cüdoçuların sayının artırılması planlaşdırılır
Fərdi
16:12
Foto
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlər and içiblər
Daxili siyasət