Rusiyanın “Vaqner” özəl hərbi hissəsinin yüzdən çox döyüşçüsü general Xəlifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusunu dəstəkləmək üçün sentyabrdan bu ölkəyə getməyə başlayıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı sentyabrın 25-də “Bloomberg” yayıb.
Bildirilib ki, Rusiyanın muzdlu döyüşçüləri generalı Liviya paytaxtı Tripoli ətrafında dəstəkləyir. Hərbi hissənin nümayəndəsi Liviyada bir neçə döyüşçülərinin öldüyünü təsdiqləyib. Liviya Milli Ordusundan isə bu hərbi birləşmənin sıralarında başqa xarici döyüşçünün olmadığını bildiriblər.
Qeyd edək ki, Liviyada ikihakimiyyətlilikdir. Ölkənin şərqində - Tobruk şəhərində parlament,
Britaniyada çıxan “The Daily Telegraph” Liviyanın Benqazi şəhərində 300-ə yaxın rusiyalı muzdurun olduğunu təsdiqləyib.
Xatırladaq ki, Suriyada da onların Bəşşar Əsədə aid hərbi birləşmələr tərəfindən döyüşdüyü barədə məlumatlar yayılıb. BBC-nin məlumatına görə, Suriyada 3 min nəfərədək “vaqner”çi döyüşüb. Onlar bu ölkədə 150-dən çox itki veriblər.