Van Qoqun rəsmlərini oğurlayan narkobaron həbs edilib

Van Qoqun rəsmlərini oğurlayan narkobaron həbs edilib Məşhur holland rəssamı Van Qoqun iki rəsmini oğurlamaqda şübhəli bilinən italiyalı narkobaron saxlanlıb.
Digər ölkələr
21 Avqust , 2021 05:26
Van Qoqun rəsmlərini oğurlayan narkobaron həbs edilib

Məşhur Niderland rəssamı Van Qoqun iki rəsmini oğurlamaqda şübhəli bilinən italiyalı narkobaron saxlanlıb.

"Report" bu barədə "The Guardian"a istinadən xəbər verir.

Məlumata görə, 2016-cı ildən beynəlxalq axtarışda olan narkobaron Dubayda tutulub.

Saxlanılan şəxs Neapoldakı "Camorra" sindikatının nümayəndəsi Rafael İmperiale İtaliyada ən təhlükəli cinayətkarlardan hesab olunur. Qeyd edilir ki, 46 yaşlı İmperiale hazirda Dubayda həbsdədir və İtaliya Ədliyyə Nazirliyi onun ekstradisiya proseduru üzərində işləyir.

2002-ci ildə Amsterdam muzeyindən oğurladığı iki məşhur rəsm əsəri narkobaronun doğulduğu Castellammare di Stabia qəsəbəsindəki ferma evindən tapılıb. Bunlar 1882 və 1885-ci illərdə çəkilmiş "Dənizə Baxış" və "Kilsəni tərk edən camaat" əsərləridir.

Son xəbərlər

Orphus sistemi