İspaniyanın Valensiya şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində azı dörd nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyət üzrə Əlaqələndirmə Mərkəzinin direktor müavini Xorxe Suaresin
“Dörd nəfərin ölümü təsdiqlənib. Binanın xarakteristikası daxilində söndürmə işləri aparmağa imkan vermir. Fasad soyumağa davam edir. Yanğınsöndürənlərin binaya nə vaxt təhlükəsiz şəkildə girə biləcəyi bəlli deyil”, – o deyib.
Eyni zamanda,
İspaniyanın Valensiya şəhərinin Kampanar ərazisində 14 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üçü yanğınsöndürən olmaqla 13 nəfər yaralanıb.
“Report”
Yanğının böyük miqyasından dolayı əraziyə yaxın yaşayış məntəqələrindəki yanğınsöndürənlər də cəlb olunub. Bölgədə səhra xəstəxanası qurulub, əraziyə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb olunub.