Bakı. 11 aprel. REPORT.AZ/ Uzaq Şərqdə bir sutka davam edən meşə yanğınları nəticəsində demək olar, 1,3 min hektar meşə sahəsi tamamilə məhv olub.
"Report"un məlumatına görə, bu barədə "Ria Novosti" Uzaq Şərq Federal Dairəsinin Meşə Təsərrüfatı Separtamentinə istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, ötən gün Uzaq Şərq federal dairəsində 28 meşədə yanğın baş verib. Onlardan 18-i Primorsk əyalətindədir.
Primorskdan əlavə, Amur vilayətində də 9 yanğın ocağı qeydə alınıb. Onlardan 4-ü xüsusi mühafizə olunan təbiət əraziləridir.
Yanğınların söndürülməsinə 300-dən çox insan, 54 texnika cəlb edilib.