UTX Ukraynanın prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdlərin sayını açıqlayıb

UTX Ukraynanın prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdlərin sayını açıqlayıb UTX-nin istintaq orqanları prezidentin həyatına qəsd ilə bağlı iki cinayət işinin icraatını aparır
Digər ölkələr
201
31 Avqust , 2017 17:30
UTX Ukraynanın prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdlərin sayını açıqlayıb

Bakı. 31 avqust. REPORT.AZ/ Ukraynanın prezidenti Petro Poroşenkoya dövlət başçısı vəzifəsində olduğu müddətdə iki dəfə sui-qəsd cəhdi həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə ukraynalı jurnalist Sergey Bosak "Facebook" səhifəsində bildirib.

O, Ukraynanın Təhlükəsizlik Xidmətinə (UTX) ünvanladığı sorğunun cavabını paylaşıb. UTX-nin cavab məktubunda Xidmətin istintaq orqanlarının Poroşenkonun həyatına qəsd ilə bağlı iki cinayət işinin icraatını apardığı vurğulanıb.

Qeyd edək ki, keçən həftə UTX-dən prezidentin Xarkov vilayətinə səfəri zamanı sui-qəsd planlaşdırılması barədə bildirilmişdi. Dövlət başçısına qarşı sui-qəsd cəhdi barədə telefonda mexaniki qadın səsi xəbərdarlıq edib. Xüsusi xidmət orqanlarının əməkdaşları anonimin yerini müəyyənləşdirə bilməyib.

Son xəbərlər

Orphus sistemi