ÜST koronavirusun yaranma mərkəzinə səfərə əsasən məruzə hazırladı

ÜST koronavirusun yaranma mərkəzinə səfərə əsasən məruzə hazırladı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinin Uhan şəhərinə səfəri üzrə məruzəsi hazırdır
Digər ölkələr
118
26 Mart , 2021 21:11
ÜST koronavirusun yaranma mərkəzinə səfərə əsasən məruzə hazırladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinin Uhan şəhərinə səfəri üzrə məruzəsi hazırdır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Çinə səfər etmiş ekspertlər qrupunun rəhbəri Piter Ben Enbarek bildirib.

O, qeyd edib ki, ekspertlər yaxın günlərdə məruzəni təqdim etməyi nəzərdə tuturlar.

"Biz indi sənədin oxunması mərhələsindəyik. Sənədin doldurulması başa çatıb. Ümid edirik ki, proses ən yaxın bir neçə gündə qurtaracaq və biz onu elan edə biləcəyik", - Piter Ben Enbarek keçirdiyi brifinqdə deyib.

Daha əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri koronavirusun ortaya çıxmasının yeni səbəbini açıqlayıb. Qeyd edilirdi ki, növbəti həftə təşkilatın Çinin Uhan şəhərinə ekspedisiyada iştirak etmiş ekspertlərinin işlədiyi məruzənin nəşri gözlənilir.

ÜST-ün materiallarına görə, COVID-19-un ortaya çıxmasına Çində heyvan ticarəti təsir edə bilər. İddialara görə, mütəxəssislər koronavirus və virus arasında kəskin respirator sindromuna səbəb olan oxşarlıqların bir versiyasına istinad edirlər. Əvvəlcə virusun daşıyıcıları yarasalar olub, amma sonra kiçik məməlilər insanlar arasında vasitəçi olub.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi