ÜST: Hələbin şərqində bir neçə min adam qalıb

ÜST: Hələbin şərqində bir neçə min adam qalıb ÜST Hələbin şərqindən təxliyə edilənlər üçün humanitar yardımı artırmaq niyyətindədir
Digər ölkələr
19 Dekabr , 2016 17:28
ÜST: Hələbin şərqində bir neçə min adam qalıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Hələbin şərqində bir neçə min adam qalıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Suriyadakı nümayəndəsi Elizabet Hoff bildirib.

"50 min nəfərdən söz gedir. Amma sayın bu qədər yüksək olduğunu düşünmürəm. Sadəcə, hələ bir neçə min insanın orada qaldığı dəqiqdir. Yaxın bir neçə gündə vəziyyətin sabitləşəcəyini düşünürəm" - o vurğulayıb.

E.Hoff ÜST-ün Hələbin şərqindən təxliyə edilənlər, pis yaşam şərtlərinə görə müvəqqəti sığınacaqlardan qaçan bir neçə min insan üçün humanitar yardımı artırmaq niyyətində olduğunu qeyd edib.

"Hələb vilayətində, ola bilsin, 75 minə yaxın məcburi köçkün var və biz onlara kömək etməliyik" - ÜST əməkdaşı söyləyib.

Son xəbərlər

Orphus sistemi