ÜST eksperti koronavirusun Uhan bazarından yaranmasından şübhələnib

ÜST eksperti koronavirusun Uhan bazarından yaranmasından şübhələnib Koronavirusun Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarında yayılması üçün bütün şərait var, ancaq bu o demək deyil ki, virus məhz orada yaranıb.
Digər ölkələr
4 Fevral , 2021 07:13
ÜST eksperti koronavirusun Uhan bazarından yaranmasından şübhələnib

Koronavirusun Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarında yayılması üçün bütün şərait var, ancaq bu o demək deyil ki, virus məhz orada yaranıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadan olan qrupunun eksperti Vladimir Dedkov bildirib.

"Biz bazarda olduq. Mən Çinin bir çox sanitar qaydaları ilə tanış deyiləm, amma buna baxaraq, bizim qanunvericiliyimizə ekstrapolyasiya edərək, əlbəttə, bazar müasirlikdən olduqca uzaqdır. Bunun orada olması fakt deyil, virusun məhz orda olmasına dair heç bir sübut yoxdur, virus bəlkə başqa yerdə ortaya çıxıb, amma virusun orada yayılması üçün bütün hipotetik (fərziyəyə əsaslanan-red) şərtlər var", - Dedkov deyib.

Ekspert qeyd edib ki, bazar artıq ticarət üçün işlək deyil, o indi bağlanıb, sökülmə işləri aparılır, ancaq indi belə nəticə çıxarmaq olar.

"Hər şey çox darıxdırıcıdır, kiçik bazar, hər şey sıxdır. Təbii ki, orada istənilən hər şey ola bilərdi. Nə vaxt ki, sanitar normalara riayət edilmir, istənilən infeksiyanın yayılması üçün bütün şərait var. Virusun yayılmasına bu gətirib çıxardı, ya yox, biz bunu bilmirik, görünür ki, tamamilə ola bilərdi. Orada infeksiyanın yayılması üçün bütün şərait var”, - ekspert vurğulayıb.

Uhanın tərəvəz, dəniz məhsulları və hətta vəhşi heyvanların ətinin satıldığı “Huanan” bazarı 1 yanvar 2020-ci ildə naməlum xəstəliyin epidemiyası ilə əlaqədar epidemioloji araşdırmaya səbəb olduğu zaman bağlanıb. Xəstəliyə ilk yoluxanlar məhz bu bazarda işləyiblər. Ancaq alimlər indiyə qədər məhz bazarın virusun yayılmasında rolu haqqında birmənalı nəticəyə gəlməyiblər.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlər qrupu Çindədir. Onlar COVID-19 mənşəyinin müəyyənləşdirilməsi ilə məşğul olurlar. Mütəxəssislər Çin Uhanına yanvarın 14-də gəliblər, sonra icbari 14 günlük karantinə yerləşdiriliblər. Karantin 29 yanvarda qurtarıb və ekspertlər işə başlayıblar.

Qeyd edək ki, daha əvvəl bir sıra ölkələrin rəsmiləri, o cümlədən ABŞ-ın sabiq prezidenti Donald Tramp, keçmiş dövlət katibi Mayk Pompeo da Çin hakimiyyətinin koronavirusun Uhan bazarından yayılması barədə açıqlamalarına şübhə ilə yanaşdıqlarını, COVID-19-un laboratoriyadan qəsdən sızdırıldığını iddia ediblər.

Son xəbərlər

Orphus sistemi