Yuxarı
    Bağlamaq

    ​ÜST: Ebolaya yoluxanların sayı 9 min 162 nəfərə çatıb

    Hazırda Ebolaya yoluxanların sayı 22 min 828 nəfərdir

    Bakı. 12 fevral. REPORT.AZ/ Qərbi Afrikada Ebola virusuna yoluxma nəticəsində ölənlərin sayı 9 min 162 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

    Məlumata görə, epidemiya sona çatmaq üzrədir. Hazırda Ebolaya yoluxanların sayı 22 min 828 nəfərdir.

    Xatırladaq ki, yanvarın ortalarına olan vəziyyətə görə, Ebola qurbanlarının sayı 8 min 429 nəfər təşkil edirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi