ÜST: Dünyada koronavirusa yoluxanların sayı 102 minə çatır

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 102 minə çatır Dünyada yeni növ koronavirusa yoluxan insanların sayı 100 mini keçib.
Digər ölkələr
7 Mart , 2020 14:40
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 102 minə çatır

Dünyada yeni növ koronavirusa yoluxan insanların sayı 100 mini keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

“Dünyada təsdiqlənmiş 101 827 hal var, 3 484 nəfər ölüb. Bu məlumat dekabrın 31-dən Cenevrə vaxtı ilə martın 7-si saat 06:00-dək olan müddəti əhatə edir”, - o deyib.

Xatırladaq ki, İsveçrənin Cenevrə şəhərində keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsi üzrə fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan yayadək koronavirusun yayılmasının dayandırmasının az ehtimallı olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi