Dünyada bir gündə koronavirusa 100 mindən çox yoluxma qeydə alınıb

Dünyada bir gündə koronavirusa 100 mindən çox yoluxma qeydə alınıb Dünyada koronavirusa yoluxanların sayı 5,3 milyonu ötüb.
Digər ölkələr
26 May , 2020 00:19
Dünyada bir gündə koronavirusa 100 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı 5,3 milyonu ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə virusa 100 mindən çox yoluxma qeydə alınıb.

"Son bir gün ərzində dünyada COVID-19-a 100 264 yeni yoluxma qeydə alınıb, 4 342 pasiyent ölüb", - deyə xəbərdə bildirilir.

Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 5 304 772 təşkil edir. Pandemiya qurbanlarının ümumi sayı 342 029 nəfərə çatıb.

Koronavirusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 395 295 nəfər COVID-19 virus daşıyıcısı kimi qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi