ÜST: Avropa və Rusiyada qrip viruslarının 80 faizi "donuz qripi"nin payına düşür

ÜST: Avropa və Rusiyada qrip viruslarının 80 faizi "donuz qripi"nin payına düşür Bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəsmi saytında yerləşdirilib
Digər ölkələr
19 Yanvar , 2016 13:53
ÜST: Avropa və Rusiyada qrip viruslarının 80 faizi donuz qripinin payına düşür

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu il Avropa və Rusiyada qeydə alınan qrip viruslarının 80 faizi H1N1 virusunun və ya "donuz qripi"nin payına düşür.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəsmi saytında yerləşdirilib.

"Bütün A qrip viruslarının 80%-i A(H1N1)-in payına düşür. Səhiyyə işçiləri gənclərdə və ümumən sağlam adamlarda "ağır qrip" diaqnozu ehtimalına xüsusi diqqət yetirməli və müvafiq yardım göstərməlidir", - təşkilatın məlumatında deyilir.

ÜST-ün son monitorinqinin nəticələrinə əsasən, Ermənistan, İsrail, Türkiyə, Ukrayna və Rusiyada "donuz qripi" virusu ilə ağır xəstəlik və ölüm hallarına rast gəlinir.

Son xəbərlər

Orphus sistemi