ÜST: İndiyədək 14 min nəfər meymunçiçəyinə yoluxub

ÜST: İndiyədək 14 min nəfər meymunçiçəyinə yoluxub Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 80 ölkədə 14 min meymunçiçəyinə yoluxma hadisəsi ilə bağlı məlumat alıb.
Digər ölkələr
20 İyul , 2022 20:41
ÜST: İndiyədək 14 min nəfər meymunçiçəyinə yoluxub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 80 ölkədə 14 min meymunçiçəyinə yoluxma hadisəsi ilə bağlı məlumat alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“ÜST 80 ölkədə 14 min yoluxma halı ilə bağlı məlumat alıb. Afrikada 5 ölüm faktının olduğunu bilirik”, - o deyib.

“Bəzi ölkələrdə azalma, bəzilərində isə artım tendensiyası müşahidə olunur. Amma hər bir halda, virusun yayılması ilə mübarizədə ən vacib vasitə insanların özlərini daha yaxşı qoruya bilməsini üçün məlumatların yayılmasıdır”, - ÜST rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi