Yuxarı

Uruqvay bir daha Quantanamo məhbuslarına siğınacaq verməyəcək

2014-cü ilin sonunda Montevideo altı Quantanamo məhbusunu qəbul etmişdi

Bakı. 24 mart. REPORT.AZ/ Uruqvay höküməti bundan sonra ABŞ-ın Quantanamo həbsxanasında saxlanılan məhbuslardan heç birisini qəbul etməyəcək.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, Uruqvayın XİN başçısı Rodolfo Nin Novoa belə deyib. Nazir bəyan edib ki, rəsmi Montevideonun Quantanamo məhbusları ilə bağlı bu mövqeyi qətidir. 

Qeyd edək ki, 2014-cü ilin sonunda Uruqvay höküməti Quantanamoda saxlanılan altı məhbusa sığınacaq verməyə razılıq vermişdi.

2002-ci ildə Amerikada “terrorçuluqda şübhəli bilinən”lər üçün yaradılmış həbsxana çoxsaylı işgəncə halları ilə yadda qalıb. ABŞ-ın prezidenti Barak Obama hakimiyyətə başladığı vaxtdan bu həbsxananı bağlayacağını vəd etsə də, vədinə xilaf çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi