Ursula fon der Lyayen: Ukraynanın Aİ-yə inteqrasiyası səylərimizin mərkəzindədir

Ursula fon der Lyayen: Ukraynanın Aİ-yə inteqrasiyası səylərimizin mərkəzindədir Ukraynanın Avropa İttifaqına inteqrasiyası səylərimizin mərkəzindədir.
Digər ölkələr
11 Sentyabr , 2024 18:22
Ursula fon der Lyayen: Ukraynanın Aİ-yə inteqrasiyası səylərimizin mərkəzindədir

Ukraynanın Avropa İttifaqına inteqrasiyası səylərimizin mərkəzindədir.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 4-cü "Krım platforması" sammiti ilə əlaqədar videomüraciəti zamanı deyib.

O qeyd edib ki, bu yay Ukraynanın Aİ-yə qoşulması ilə bağlı rəsmi danışıqların başlaması tarixi hadisədir: “Ukrayna onu dəstəkləyən böyük bir ailəyə qoşulur”.

Avropa Komissiyasının prezidenti bu vaxta qədər Ukraynaya 118 milyard avrodan çox dəstək göstərdiklərini də vurğulayaraq əlavə edib ki, bu dəstəyin davamı gələcək.

“Ukraynalılar ədalət, demokratiya və Avropa gələcəyini cəsarətlə tələb etdilər. Aydındır ki, Krım və Sevastopol Ukraynadır. Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən heç vaxt yorulmayacaq. Yalnız sərhədlərin dəyərli olduğu yerdə insanlar üçün təhlükəsizlik və sülh mövcud ola bilər”, - o bildirib.

Ursula fon der Lyayen onu da diqqətə çatdırıb ki, Avropa cinayətlərin hər birini sənədləşdirmək üçün Ukraynanın yanındadır:

“Birlikdə ədalətin bərqərar olmasını təmin edəcəyik. Çünki ədalətsiz sülh sülh deyil. Biz avropalılar ukraynalılar qədər sülh istəyirik, amma ədalətli və davamlı sülh. Həqiqi sülh elə bir şeydir ki, müharibənin təkrarlanmasına şərait yaratmır, insanlara öz gələcəkləri barədə düşünməyə imkan yaradır. Məhz buna görə də Ukraynanın Avropa İttifaqına inteqrasiyası bizim səylərimizin mərkəzindədir. Birlikdə azad və demokratik Ukrayna üçün birləşərək davam edəcək və qalib gələcəyik”.

Son xəbərlər

Orphus sistemi