Uqandada yol qəzasında 17 nəfər ölüb

Uqandada yol qəzasında 17 nəfər ölüb Həmçinin 12 nəfər xəsarət alıb
Digər ölkələr
2 İyul , 2016 22:55
Uqandada yol qəzasında 17 nəfər ölüb

Bakı. 2 iyul. REPORT.AZ/ Uqandada bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində ən azı 17 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli polisin mətbuat katibi Polli Namaye məlumat verib.

Onun sözlərinə görə, ölkə paytaxtı Kampaladan 50 km. məsafədən keçən magistral yolda 5 avtomobil, eləcə də iki sərnişin mikroavtobusu toqquşub.

Qəza nəticəsində, həmçinin 12 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi