Uqandada torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb

Uqandada torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb Bakı. 12 oktyabr. REPORT.AZ/ Uqandanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb.
Digər ölkələr
12 Oktyabr , 2018 10:11
Uqandada torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Uqandanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.

Ölkənin şərqindəki Bududa rayonunun sakinləri torpaq sürüşməsinin cümə axşamı səhər saatlarından başlayan leysan yağışı ilə əlaqədar olduğunu söyləyib. Təbbi fəlakət qurbanlarının sayı xeyli arta bilər, çünki təsdiqlənməmiş məlumatlara görə, əlçatmaz uzaq ərazilərdə yüzlərlə adam itkin düşüb.

İngilis versiyası Uganda landslide kills 40

Son xəbərlər

Orphus sistemi