Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini keçib, 37 nəfər ölüb

Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini keçib, 37 nəfər ölüb Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb.
Digər ölkələr
29 mart 2025 22:21
Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini keçib, 37 nəfər ölüb

Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb.

“Report” “Sinhua”ya istinadən məlumatına görə, bu, Uqanda Səhiyyə Nazirliyinin məlumatlarında əks olunub.

Qurumun hesabatına əsasən, bu müddət ərzində ölənlərin sayı 37 nəfər təşkil edib.

“Son 24 saat ərzində 13 yeni yoluxma, 6 ölüm faktı qeydə alınıb. Mpox xəstəliyinə yoluxma halları artmaqda davam edir, nəzərəçarpacaq pik həddi 2025-ci ilin martında baş verir. Ən çox yoluxmuş demoqrafik qrup 25-29 yaş arası insanlardır”, – məlumatda deyilir.

Qeyd edək ki, cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, Uqandada dünyada meymunçiçəyinə yoluxma hallarının ən böyük sayı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi