UNRWA Aİ ölkələrini göstərilən maliyyə dəstəyini bərpa etməyə çağırır

UNRWA Aİ ölkələrini göstərilən maliyyə dəstəyini bərpa etməyə çağırır BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Avropa İttifaqı ölkələrini əvvəllər dayandırılmış maliyyələşdirməni bərpa etməyə çağırıb.
Digər ölkələr
20 Mart , 2024 15:01
UNRWA Aİ ölkələrini göstərilən maliyyə dəstəyini bərpa etməyə çağırır

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Avropa İttifaqı (Aİ) ölkələrini əvvəllər dayandırılmış maliyyələşdirməni bərpa etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“UNRWA baş komissarının müavini Natali Bukli təşkilata dəstəyi dayandıran 9 Aİ ölkəsini maliyyə dəstəyini mümkün qədər tez bərpa etməyə çağırıb”, - məlumatda qeyd olunub.

Eyni zamanda, N.Bukli Danimarka və İsveç tərəfindən edilən yardımların bərpasını alqışlayıb.

Qeyd edək ki, Avstriya, Estoniya, Finlandiya, Almaniya, İtaliya, Latviya, Litva, Niderland və Rumıniya hələ UNRWA-ya maliyyə dəstəyi göstərməklə bağlı qərar qəbul etməyiblər.

Son xəbərlər

Orphus sistemi