“Report” yaxşı işləyir və Ukraynadakı müharibəni daim işıqlandırır”.
Bunu “Report”a müsahibəsində Ukraynanın UNİAN İnformasiya Agentliyinin Baş direktoru Mixail Qanitski deyib.
“Report”u oxuyuruq, 2 il əvvəl Qarabağda gedən azadlıq müharibəsi zamanı sizin materiallarınızı oxuyurduq. Başa düşdük ki, Ermənistan tərəfi Rusiya tərəfi ilə eyni üsullardan istifadə edir, saxta məlumatlar yayır, məlumat və faktları təhrif edir, emosiyalarla oynayır”, - o bildirib.
M.Qanitski iki il əvvəl UNİAN ilə “Report” arasında Ukrayna və Azəırbaycan haqqında xəbərlərdən qarşılıqlı istifadəni nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalandığını xatırladıb:
“Bu, çox vacibdir, çünki Rusiya üçün faktların təhrif edilməsi artıq normadır, Rusiya təbliğatı öz nəzər nöqtəsini qəbul etdirmək üçün böyük vəsait sərf edir. Rus dili geniş yayılıb, çoxları bunu bilir və bu, Rusiyaya təsir etmək imkanı verir. Gördük ki, Qarabağ müharibəsi zamanı Rusiya tamamilə Ermənistanın tərəfini tutdu. Təəssüf ki, bəzi Ukrayna KİV-ləri əvvəlcə anlaşılmazlıq ucbatından bəzən xəbərləri Rusiya mənbələrindən götürürdülər”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.