Ümumdünya Şəhər Forumu çərçivəsində nazirlərin dəyirmi masası keçirilib

Ümumdünya Şəhər Forumu çərçivəsində nazirlərin dəyirmi masası keçirilib Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masası təşkil edilib, iştirakçılar öz ölkələrinin şəhərsalma sahəsində təcrübəsini bölüşüb, əsas çağırışlar barədə fikir mübadiləsi aparıblar.
Digər ölkələr
28 İyun , 2022 20:13
Ümumdünya Şəhər Forumu çərçivəsində nazirlərin dəyirmi masası keçirilib

Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masası təşkil edilib, iştirakçılar öz ölkələrinin şəhərsalma sahəsində təcrübəsini bölüşüb, əsas çağırışlar barədə fikir mübadiləsi aparıblar.

“Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, iclası giriş sözü ilə açan Polşanın fondlar və regional siyasət naziri Malgorzata Yarosinska-Jedinak şəhərlərin iqlim dəyişikliyi çağırışlarına həssas olduğunu və ölkəsinin bu nəticələrin qarşısını almaq üçün lazımi tədbirlər gördüyünü qeyd edib. O vurğulayıb ki, bu baxımdan kiçik şəhər və qəsəbələrə xüsusi diqqət yetirilməli və belə şəhərlər üçün yerli inkişaf proqramı hazırlanmalıdır.

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri Kollen Viksen Kelapile təmsil etdiyi strukturun işindən danışıb, forum zamanı şəhərlərin inkişafı ilə bağlı çox mühüm mesajların səsləndiyini vurğulayıb.

İclasda Azərbaycanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev təmsil edib.

Son xəbərlər

Orphus sistemi