Ukraynanın XİN rəhbəri bir neçə Afrika ölkəsinə səfər etmək niyyətindədir

Ukraynanın XİN rəhbəri bir neçə Afrika ölkəsinə səfər etmək niyyətindədir Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yayda bir neçə Afrika ölkəsinə səfər etmək niyyətindədir.
Digər ölkələr
25 Mart , 2023 18:17
Ukraynanın XİN rəhbəri bir neçə Afrika ölkəsinə səfər etmək niyyətindədir
Dmitro Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yayda bir neçə Afrika ölkəsinə səfər etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Ukrinform” nəşrinə Ukraynanın Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Maksim Subx bildirib.

“Biz indi nazirin ikinci Afrika turunun yayda baş tutmasını və Afrika qitəsindəki yeni ölkələri əhatə etməsini təmin etmək üçün çalışırıq” - deyə, o bildirib.

O əlavə edib ki, rəsmi Kiyev Ukrayna-Afrika konfransı keçirməyi düşünür.

Onun sözlərinə görə, hazırda ölkənin xarici siyasət idarəs Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ilə birlikdə konfransın əsas mövzularını müəyyənləşdirir.

Son xəbərlər

Orphus sistemi